1 otaqlı mənzil 52м2

Otaqların sayı 1
Ümumi sahəsi 52 м2
Zal 20.5 м2
Holl 13.5 м2
Mətbəx 10.8 м2
Sanitar qovşağı 4.0 м2
Tavanın hündürlüyü 3.30 м2

Teatr asılqandan başladığı kimi, mənzil də giriş hissədən - holdan başlayır. Holl isə "Şəfəq" yaşayış kompleksinin binalarında böyükdür. Belə böyük ölçülər bir çox ideyaların yaranmasına təkan verir. Holların müasir dizayn variantlarının müxtəlifliyi ondan ən optimal və faydalı şəkildə istifadə etməyə imkan verir. Burada həm rahat saxlama imkanları olan döşəmədən tavana qədər quraşdırılmış şkaflar, həm yeri dəyişdirilib düzgün işçi və nahar hissələri kimi zonalaşdırılılıb bölünərək buraya köçürülmüş mətbəx ola bilər. Holl məkanını həm də qonaq otağı-holl kimi də qiymətləndirib, buraya rahat kürsülər və divan yerləşdirmək olar.

Bu layihənin mənzillərində olan otaqlar böyükdürlər. Elə ona görə də yaranmış sahələrdən istifadə variantları da çox müxtəlif ola bilər. Məsələn, bir otaqda qonaq otağı və hansısa yüngül arakəsmə ilə ayrılmış yataq otağı; və yaxud yataq otağının sabiq mətbəx sahəsinə köçürülməsi və s. Amma bir məsələ dəqiqdir ki, otağın hər hansı dizaynla istifadəsindən asılı olmayaraq, onun başlıca yaraşığı - pəncərədən şəhərə və dənizə açılan mənzərə olacaqdır. Bu layihədə eyvana çıxış mətbəxdəndir. Bu da ki, ev sahibəsi tərəfindən çox sərfəli şəkildə istifədə oluna bilər. Eyvanın ölçüləri isə elədir ki, burada evin artıq əşyalarını və yaxud ehtiyat ərzağı yığmaq üçün böyük bir şkaf quraşdırmaq mümkündür. Və yaxud buranı düzgün şəkildə şüşələyib onu aynabənd formasına salmaq mümkün olsa, onda burada əlavə otaq sahəsi alına bilər ki, buranı da, məsələn, uşaq otağı kimi istifədə etmək olar. Mənzilin planlamasının daha bir müsbət cəhəti də buradakı bütün yerlərin holla ayrıca çıxışlarının olmasıdır. Плюсом планировки является и то, что все помещения квартиры имеют отдельный выход в холл.