4 otaqlı mənzil 137 м2

Otaqların sayı 4
Ümumi sahəsi 137 м2
Zal 20.5 м2
Yataq otaqı 15 м2
Yataq otaqı 12.75 м2
Yataq otaqı 11 м2
Yataq otaqı 20.5 м2
Holl 34.45 м2
Sanitar qovşağı 7 м2
Sanitar qovşağı - 2 4 м2
Sanitar qovşağı 2.5 м2
Eyvan 3.3 м2
Eyvan - 2 4.42 м2
Tavanın hündürlüyü 3.30 м

Bu layihə üzrə olan mənzil işıqlı, böyük və orijinal planlanmaya malikdir. Holdan başlayan bu mənzilin böyük sahəsindən həqiqi zövq almaq üçün onun düzgün planlanmasını həyata keçirmək lazımdır. Belə isə, bu işə elə holdan başlamaq yerinə düşər. Əvvəla, burada şkaf-kupedən başlamış, rahat qonaq guşəsinə, idman ləzazimatları zonasına, hətta idmanla daha aktiv şəkildə məşğul olmaq üçün “isveç divarının” qurulmasına qədər – hər şey yerləşdirmək mümkündür. Hələ bir əlavə yer də qalacaqdır.

Mənzil layihələrinin bu növündə yataq otaqlarından birini mətbəx kimi nəzərə almaq yerinə düşər. Əlbəttə ki, mənzil sahibi özünün intuitiv və obyektiv hissi ilə mənzildə olan hər bir otağın, o cümlədən, mətbəxin də harada olacağını fərdi planlama nöqteyi-nəzərindən müəyyən edir. Məsələn, mətbəx qismində eyvana çıxışı olan otaq seçilə bilər. Bu zaman eyvanda həmişə meyvə-tərəvəzi, konservə edilmiş məmulatları saxlamaq və yeri gələndə rahat istifadə etmək üçün imkan yaranacaqdır. Mənzildə olan üç sanitar qovşağı məkanlarından isə həm birbaşa onların təyinatı üzrə, həm də ev cəmaşirxanası formatında istifadə etmək olar. Bu zaman mətbəx paltaryuyan maşının səsindən və müxtəlif yuyucu tozlardan xilas olmuş olacaqdır. Bu məkanı qarderob edib, oranı həm də adətən antresollarda saxlanan əşyaların saxlanc yerinə də çevirmək mümkündür. Əlbəttə ki, bu layihədə də mənzildə olan bütün otaqlardan və yerlərdən holla ayrıca çıxışlar vardır.