2 otaqlı mənzil 77м2

Otaqların sayı 2
Ümumi sahəsi 77 м2
Zal 20.5 м2
Yataq otağı 14.7 м2
Holl 15.3 м2
Mətbəx 12.75 м2
Sanitar qovşağı 2.5 м2
Sanitar qovşağı - 2 6.75 м2
Tavanın hündürlüyü 3.30 м

Mənzil çox geniş və işıqlıdır. Burada interyer həllər üçün geniş imkanlar açılmışdır. İnteryer həllərini elə holdan başlamaq olar. Burada həm böyük quraşdırılma şkaflar, həm də istirahət zonası (kürsülər, divan) rahat şəkildə yerləşə bilər. Dəbdə olan yenilik həvəskarları isə burada mətbəx-studiya da təşkil edə bilər. Yarana bilən işçi zona yemək zonası ilə rahat uzlaşır. Çünki hollun ölçüləri buna imkan verir. Bu zaman boşalmış köhnə mətbəx yerində isə uşaq otağı təşkil etmək mümkündür.

Böyük zalın – qonaq otağının mövcudluğunun bir çox üstünlükləri vardır. Belə ki, burada konservativ həll – yəni, sadəcə həm yemək otağı və həm də qonaq otağı variantı tətbiq etmək olar. Amma müasir dizayn da tətbiq etməklə rahat divanlar düzülmüş geniş qonaq otağı düzəltmək variantı da var. İkiotaqlı mənzilin bu variantında zal hissədən eyvana çıxış nəzərdə tutulmuşdur. Eyvanda isə şkaf quraşdıraraq burada nələrisə saxlamaq üçün yer əldə edilə bilər. Mənzildə layihələndirilmiş otaqlar aralıq otaqlar deyildir – onların hamısından holla çıxış vardır. Bu layihənin əlavə rahatlıqlarından biri də iki ədəd sanitar qovşağının olmasıdır. Bu sanitar qovşaqlarından biri yataq otağının yanındadır, digəri isə zal ilə üzbəüzdür.