2 otaqlı mənzil 79м2

Otaqların sayı 2
Ümumi sahəsi 79 м2
Zal 20 м2
Yataq otağı 17 м2
Holl 16 м2
Mətbəx 14.05 м2
Sanitar qovşağı 3.2 м2
Sanitar qovşağı - 2 3.75 м2
Tavanın hündürlüyü 3.30 м

Bu layihə özünün interyer imkanları ilə çox maraqlıdır. İnteryer variantları hesabına buranın onsuz da geniş olan ümumi sahəsini daha geniş yaşayış sahəsinə çevirmək mümkündür. Burada böyük və geniş holl vardır. Holl, təbii ki, çoxfunksiyalı istifadə üçün çox rahatdır. Holların müasir həlləri arasında mətbəx-studiya adlanan həll də vardır. Bu variant zamanı mətbəxin holla köçürülməsi və həmçinin yemək otağı funksiyalarının da bura əlavə ediməsi baş verir. Boşalan köhnə mətbəx zonası isə əlavə bir otaq kimi – məsələn, uşaq otağı, ikinci yataq otağı kimi – istifadə edilir. Mənzilin bu layihəsində olan böyük zal otağında da bir çox dizayner həllərini tətbiq etmək olar. Zalın pəncərələrindən açılan mənzərə isə mənzilinizin cəlbediciliyini artıracaqdır. Layihə üzrə mənzildə böyük eyvan nəzərdə tutulmuşdur. Arzu ediləndə isə bu eyvanı aynabəndə çevirmək və buranı əlavə yaşam zonasına – məsələn, kiçik kabinetə və ya uşaq otağına, format etmək mümkündür. Bu ikiotaqlı mənzil layihəsinin iki ədəd sanitar qovşağının olması onun üstünlüklərindən sayılır. Buradakı bütün otaqlardan və mətbəxdən holla çıxış vardır.