3 otaqlı mənzil 90м2

Otaqların sayı 3
Ümumi sahəsi 90 м2
Zal 20 м2
Yataq otağı 17 м2
Yataq otağı 15.9 м2
Holl 12 м2
Mətbəx 10.5 м2
Sanitar qovşağı 2.2 м2
Sanitar qovşağı - 2 3.9 м2
Tavanın hündürlüyü 3.30 м

Holların hal-hazırda mövcud olan müasir dizayn həlləri onu həm bilavasitə təyinatı üzrə, həm də yeni fuksiyalar verərək digər təyinatla istifadəsi imkanları açır. Tətbiq edilə bilən yeniliklər isə hazırki layihənin interyerinə çox harmonik çəkildə qovuşur.

Holda mətbəx-studiya, holda gözəl şəkildə quraşdırılma şkafları olan qonaq otağı yaradıla bilər. Buranı sadəcə holl və yaxud da boş bir məkan kimi saxlamaq da olar ki, burada müxtəlif idman ləvazimatları, hətta bilyard və ya tennis stolu qoyulsun. Geniş, işıqlı, çoxlu havası olan böyük qonaq otağı. Pəncərələrdən açılan gözəl mənzərə. Belə bir otaq həm müasir dizaynda, həm də konservativ stildə eyni şəkildə yaxşı görünəcəkdir. Qonaq otağından hər iki eyvana çıxış vardır. Eyvanlar da həcmcə dərin formaya malikdirlər. Yəni burada çox rahat şəkildə ərzaq ehtiyatı və s. şeylər saxlamaq üçün şkaflar qurmaq mümkündür. İstəyəndə isə eyvanları aynabəndə çevirmək və burada kiçik bir iş kabineti və ya uşaqlar üçün işıqlı bir otaq yaratmaq olar. Hətta balaca bir qış bağı da təşkil etmək mümkündür. Hollun bir-birinə qarşı olan tərəflərində iki yataq otağı yerləşir. Əgər yataq zonasını holla keçirmək variantı nəzərdən keçirilirsə, onda hazırki yataqları boşalacaqlar. Təbii ki, bu halda keçmiş yataq otaqlarından müxtəlif variantlarda istifadə etmək mümkün olacaqdır. Tavanların hündür olması isə döşəmədən tavana qədər böyük quraşdırılma şkafların tətbiqini rahatlaşdırır. Hər üç otaqdan və mətbəxdən qapılar holla açılır.a