3 otaqlı mənzil 108 м2

Otaqların sayı 3
ümumi sahəsi 108 м2
Zal 20.5 м2
Yataq otağı 13.1 м2
Yataq otağı 17.5 м2
Holl 23 м2
Mətbəx 11.5 м2
Sanitar qovşağı 5.6 м2
Sanitar qovşağı 5 м2
Eyvan 5.6 м2
Eyvan 4.8 м2
Высота потолка 3.30 м

İri bir üçotaqlı mənzil. Mənzilə daxil olduqda əvvəlcə böyük və geniş bir holla giririk. Yataq otaqları isə sanki hollu tamamlayırlar. Əgər bu boyda hollun şaquli istiqamətdə imkanlarından istifadə edilib hansısa saxlama sistemi (məsələn, döşəmədən tavana qədər olab şkaflar) nəzərdə tutulsa, onda həm hollun özündə, həm də yataq otaqlarında əlavə sahələr udmaq olar. Hollun boş hissəsini isə həm idman alətləri olan oyun zalı kimi, həm kürsüləri və divanı olan istirahət guşəsi kimi istifədə etmək mümkündür. Və bütün bu əlavələr holda çox rahat şəkildə yerləşərək, sanki buranı zonalara böləcəkdir.

Böyük və işıqlı zalda eyvana çıxış vardır. Əlbəttə ki, eyvan əgər şüşələnərək aynabəndə çevrilsə, onda burada kiçik bir iş otağı, və ya uşaqlar üçün bir yer, və yaxud da ki, sadəcə dibçəklərdən düzəldilmiş gözəl və kiçik bir qış bağı salmaq olar. Bu bağda həm qışda, həm də yayda xoş bir vaxt keçirmək mümkündür. Mətbəxdən isə digər eyvana qapı açılır. Mətbəxin yanında eyvanın olmasını hər bir ev sahibəsi qiymətləndirir. Mənzildəki sanitar qovşaqları holda, bir-birilərinin əks tərəfində yerləşmişdir. Bu layihə üzrə hər üç otağın və mətbəxin qapıları ayrı-ayrılıqda holla açılır.