3 otaqlı mənzil 120 м2

Otaqların sayı 3
Ümumi sahəsi 120 м2
Yataq otaqı 20 м2
Yataq otaqı - 2 22 м2
Holl 20.2 м2
Mətbəx 13.8 м2
Sanitar qovşağı 5.6 м2
Sanitar qovşağı: - 2 3 м2
Eyvan 3.75 м2
Eyvan-2 3.75 м2 м2
Tavanın hündürlüyü 3.30 м2

Mənzilə girərkən Sizi xoş bir təəccüb hissi bürüyəcəkdir. Bu təəccübün mənbəyi holdur. Böyük, geniş və hündür olan bir holl. Belə ki, burada nəyisə saxlamaq üçün yaxşı boş məkan vardır. Məsələn, döşəmədən tavana qədər quraşdırılmış şkaflar orada tam yerinə düşər. Yerdə qalan geniş məkanı isə divan və kürsülərlə qonaq zonası kimi ayırmaq mümkündür. Həmçinin, burada yerə xalça salıb, kürsüləri qoyub, yumşaq işıqlandırma ilə təmin edib rahat bir ev kitabxanası təşkil etmək olar. Və yaxud da ki, idman alətləri alıb, buranı idman zalına çevirmək olur.

Mənzildəki iki zaldan biri böyük bir mətbəx üçün nəzərdə tutulmuşdur. Ev sahibəsi üçün nə gözəl məkandır! Bütün divar boyu quraşdırılmış mətbəx mebeli və yenə də çoxlu boş məkanın mövcudluğu. Amma mətbəxi elə yataq otaqlarından birinə də keçirmək olar. Çünki buna imkanlar da var. Yataq otağı isə sahə baxımından daha böyük olan bir otağa köçürülür. Belə layihəli mənzildə üç sanitar qovşağı nəzərdə tutulmuşdur. Bu sanitar qovşaqlarını elə birbaşa təyinatları üzrə də istifadə etmək olar. Amma, məsələn, bu qovşaqlardan birində paltaryuyan maşınlar, çirkli paltar zənbilləri quraşdırıb oranı camaşırxana məkanı kimi də işlətmək mümkündür. Ya da ki, buranı sanki bir anbar kimi nəzərdə tutub, bütün bu fəzanı, tavana qədər müxtəlif formalı və həcmli rəflər və yeşiklərlə doldurmaq olar. Yəni, hər bir şey Sizin qərarınızdan asılı olacaqdır. Zaldan qapı açılan eyvanı güllərlə bəzəyib, burada xoş yay axşamları da təşkil edilə bilər. Həm də nəzərə alınmalıdır ki, bütün otaqlardan holla ayrıca çıxışlar vardır.