“Şəfəq” şİrkətİ
“Şəfəq” Tikinti şİrkətİ daşınmaz əmlak bazarında artıq 10 ildən yuxarıdır ki, fəaliyyət göstərməkdədir. Bu fəaliyyət müddəti ərzində tərəfimizdən çox sayda yaşayış obyektləri tikilib istismara verilmişdir. Şirkətimizin prioritet xüsusiyyətlərindən biri də inşa etdiyi tikililərin keyfiyyəti və təhlükəsizliyidir. Bütün bu dövr ərzində - ilk tikilib istismara verilmiş obyektlərdən başlamış, hazırda tikintisi davam edən binalara qədər – bu iki amil dəyişməz, stabil və sabit qalmışdır. İstismara təqdim edilmiş bütün yaşayış kompleksləri daima həm mütəxəssislərin, həm də bilavasitə istifadəçilər olan müştərilərin ən yüksək qiymətini qazanmışlar.
“Şəfəq” şirkəti özünün keyfiyyətli mənzİlləri, otaqlarının savadlı və düşünülmüş planlaşdırılması, tikinti prosesində təhlükəsiz və möhkəm Materİallardan istifadə edilməsi, zəmanətli və haqlarında yaxşı rəyə malik olan malgöndərənlərlə işbirliyi ilə daşınmaz əmlak bazarında təqdim olunmuşdur. Bütün bunlar şirkətə müştəriləri arasında qazanılmış etibarlı ada malik olmağa gətirib çıxarmışdır.
Tikinti prosesinin özü isə müştərilərimiz üçün tam şəffaflıqla yerinə yetirilir. Daşınmaz əmlak bazarında “Şəfəq” şirkətinin formalaşmış etibarlı imici, ona gələcək mənzİllərin hələ binanın bünövrəsinin qoyulduğu anından satışını həyata keçirməyə imkan verir. Elə bu səbəbdən də müştərilərimiz ödədikləri pulları barədə heç bir narahatçılıq hissi keçirmədən, tikintinin ən ilkin mərhələsindəcə mənzİlləri həvəslə alırlar. Nəhayətdə isə onlar bağlanmış müqaviləyə tam uyğun şəkildə, yəni layihə üzrə, düzgün tərtibat və vaxtında edilmiş təqdimatla seçdikləri mənzİllərin sahibi olurlar.
Şirkətimiz mənzİllərin satışı və alınmasının şərtləri və qaydası ilə müsbət şəkildə fərqlənir. Bütün alınmış mənzİllər müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirilir. Beləliklə, mənzilinə köçən müştəri – artıq əlində qeydiyyat reyestrindən Çıxarışla, yəni xalq arasında deyildiyi kimi “kupçi” ilə və seçilmiş mənzilə şirkətimiz tərəfindən verilmiş orderlə, - öz mənzilinin tam sahibi olaraq oraya daxil olur. Bununla da “Şəfəq” şirkəti mənzİllərlə bağlı mümkün ola bilən qarışıqlığı, ödənilmiş pullarla əlaqəli anlaşılmazlığı və ümumiyyətlə, müştərilərin inamsızlığını yarada bilən hər-hansı vəziyyəti istisna edir.
Zamanımızda, müasir informasiya texnologiyalarının mövcudluğu şirkətin istəyindən asılı olmayaraq müxtəlif məlumat bazasından rahatlıqla istifadə etməyə imkan verir. Buna görə də, mənzil almaq arzusunda olan potensial müştəri hər zaman sosial şəbəkələrdə axtarış apararaq, özünə lazım olan zəruri məlumatı əvvəlcədən əldə etmək iqtidarındadır. Bu xüsusda, fəaliyyət göstərdiyimiz bütün bu müddət ərzində bizdən mənzil alan müştərilərin heç bir iradı ilə rastlaşmamışıq.
“Şəfəq” şirkətinin təmiz adı – onun vizit kartıdır.