• İdeyadan - realİzasİyaya
    Yaşayış Kompleksİ
  • İdeyadan - realİzasİyaya

    Müasİr

  • İdeyadan - realİzasİyaya

    Etİbarlı

  • İdeyadan - realİzasİyaya

    Komfortlu

Əlverİşlİ Məkan

Kompleks şəhərin yayla hissəsində - hündür yerdə inşa edilmişdir. Buradakı mənzillərin eyvan və pəncərələrindən dənizə və bütün şəhərə çox gözəl mənzərə açılır. Yaşayış kompleksi şəhər kommunikasiya infrastrukturu baxımından da rahat ərazidədir. Onun ətrafında müxtəlif avtobusların marşrutları və dayanacaqları, yaxınlığında iki metro stansiyası, parklar, məktəbəqədər uşaq bağçaları, məktəblər və supermarketlər vardır.

Qİymət sİyasətİ

"Şəfəq" yaşayış kompleksində mənzil alışının müştərilər üçün daha cəlbedici edilməsi ilə bağlı iki proqram həyata keçirilir. Bu proqramlardan biri: "Satmadan al!" adlanır. Bu proqram, köhnə mənzillərini hələ satmamış, lakin təzə mənzil üçün isə artıq beh vermək iqtidarında olan müştərilər üçün nəzərdə tutulmuşdur ki, bundan sonra onlar tələsmədən əvvəlki mənzillərini sata bilirlər. "2 ilə faizsiz kredit" adlanan ikinci proqram isə hər hansı faiz hesablanılmadan alıcıya iki il ərzində mənzilin dəyərini ödəmək imkanı yaradır.

Şəhərİn mərkəzİnə 10 dəqİqəyə

"Şəfəq" yaşayış kompleksi tanınmış tibb mərkəzinin yaxınlığında yerləşir. Buradan şəhərin mərkəzi istiqamətinə sürətli magistral uzanır. Faktiki olaraq cəmi bir neçə işıqfora mailk olan bu magistral yolla, heç bir kəskin dönmə yerinə yetirmədən, demək olar ki, 10 dəqiqə civarında şəhərin mərkəzinə çatnaq mümkündür. Hələ bundan da başqa, kompleksin düz yanından avtobus xətləri keçir, yaxınlıqda isə iki metro stansiyası vardır.

Nİyə məhz "Şəfəq"

Təhlükəsİzlİk

Kompleksin tikinti yeri kimi seysmik olmayan rayon seçilmişdir. Amma buna baxmayaraq, layihə üzrə bütün tikili 8 ballıq zəlzələyə davamlılıq hesabı ilə inşa edilmişdir.

Keyfİyyət

Kompleksdə olan mənzillərin keyfiyyəti, tikintinin bütün mərhələlərində yüksək keyfiyyətli materiallardan istifadə olunması ilə xarakterizə edilir.

Mənzİllərİn müxtəlİflİyİ

Yaşayış kompleksində olan eynitipli mənzillərin müxtəlif planlamaya malik bir neçə layihəsi nəzərdə tutulmuşdur.

Rahat yollar

"Şəfəq" yaşayış kompleksi bilavasitə magistral yollardan biri sayılan Babək prospektinə çıxışa malikdir. Bundan da başqa, ikinci böyük magistral olan Nobel prospekti də kompleksin lap yaxınlığındadır.

İnfrastruktur

Kompleks yeraltı qarajdan, uşaq və idman meydançalarından, mağazalardan və aptekdən ibarət olan sosial infrastrukturla tam təmin edilmişdir.

Ekolojİ durum

"Şəfəq" yaşayış kompleksinin şəhərin sənaye və işğüzar rayonlarından uzaq yerləşməsi, həmçinin ümumiyyətlə bütün tikilinin yaylada - hündür yerdə yerləşməsi, burada sağlam ekololi şəraitin mövcudluğunu təmin edir.

Bütün layİhələrİ göstərmək

Müştərİlərİmİzİn verdİyİ qİymət


Nəzərdən keçirməyi arzu etdiyiniz təqdirdə, Sizə həmin mənzillərin açarları da təqdim ediləcəkdir. Həmçinin müxtəlif planlamalar və mənzillərin pəncərələrindən açılan mənzərə ilə də tanış olacaqsınız. Satış ofisinin mütəxəssisləri gələcək mənzilinizin optimal planlama variantları və dəyişiklikləri barədə Sizə faydalı məsləhətlər də verə bilərlər.

ƏLAQƏ MƏLUMATLARI

Bakı Mob:(+994 12) 374 77 99 Mob:(+994 50) 222 29 89 Email:contact@shefeq.az Web:http://shefaq.az
© Copyright 2018 SHAFAQ