Üstünlüklər

"Kupça"nın mövcudluğu

“Şəfəq” şirkəti yaşayış kompleksində mənzil alan müştərini həmin mənzillərin sahibliyini təsdiq edən sənədlərlə təmin edir. Belə ki, “Şəfəq” yaşayış kompleksində mənzil sahibi olan hər bir alıcı qeydiyyat reyestrindən Çıxarış – el arasında “kupça” kimi tanınan sənəd alır.

Faİzsİz Kredİt

“Şəfəq” şirkətinin təqdim etdiyi “2 ilə faizsiz kredit” (Möhlətli ödəmə) proqramı çərçivəsində müştərilərə ilkin behin ödənilməsi və sonra isə mənzilin dəyərinin yerdə qalan hissəsinin iki illiyə möhlətlə ödənilməsi hüququ verilir. Bu zaman, təqdim edilmiş bu xidmət üzrə hər hansı bir faizin hesablanması istisna edilir.

"Satmadan al" Proqramı

Şəfəq" yaşayış kompleksində mənzil almaq istəyən, lakin onun dəyərini öz köhnə mənzilini satmamış ödəyə bilməyən müştərilərimiz burada rahatlıqla sahəsini, otaqlarının sayını, mərtəbəsini, mənzərəliliyini nəzərə alaraq özünə yeni mənzili seçir və onun behini verir. Yalnız bundan sonra tələsmədən əvvəlki mənzillərini satıb, yeni mənzilin dəyərini ödəyə bilərlər.

Sağlam Ekologİya

"Şəfəq" yaşayış kompleksi Bakının ekoloji cəhətcə təmiz rayonunda yerləşmişdir. O, sənaye müəssisələrindən çox aralıdır. Eyni zamanda, böyük avtomobil axınları və münasib olaraq avtomobil tıxacları olan yollar da kompleksdən kifayət qədər aralı keçir. Bu səbəbdən də şəhərin digər hissələrindən fərqli olaraq, tüstü və his tərkibli hava, tıxaclar səbəbindən yaranan hərəkət çətinliyi, qalxan toz və qaz iyi buradan yan keçmişdir. Ümumiyyətlə, yaşayış kompleksinin yaylada - hündür yerdə yerləşməsi, burada sağlam ekololi şəraitin mövcudluğunu təmin edir. Bütün bunlara əlavə olaraq, kompleksdən şəhərə və dənizə gözəl mənzərə açılır.

Planlamaların çeşİdlİyİ

“Şəfəq” yaşayış kompleksinin binalarında bir neçə tipdə olan bir-, iki- və üçotaqlı mənzillər nəzərdə tutulmuşdur. Bu zaman, potensial alıcıların zövqlərinin və tələbatlarının müxtəlifliyi, həmçinin onların maliyyə imkanlarının səviyyəsi diqqətə alınmışdır. Kompleksdə olan mənzillər müxtəlif sahə ölçülərinə, fərqli planlanmaya malik olmaqla, alıcıların bir-birindən fərqlənən tələblərinə və arzularına cavab verirlər.

RAHAT YOLLAR

"Şəfəq" yaşayış kompleksi bilavasitə magistral yollardan biri sayılan Babək prospektinə çıxışa malikdir. Faktiki olaraq cəmi bir neçə işıqfora malik olan bu magistral yolla gedəndə, heç bir kəskin dönmə yerinə yetirmədən, demək olar ki, 10 dəqiqə civarında şəhərin mərkəzinə çatmaq mümkündür. Bundan da başqa, ikinci böyük magistral olan Nobel prospekti ilə də şəhərin mərkəzinə tez çatmaq olur.

Düşünülmüş İnfrastruktur

“Şəfəq” yaşayış kompleksinin bir-birinin qarşı tərəfində yerləşən iki ayrı girişi vardır. Kompleksin altında isə ikiyaruslu yeraltı qaraj yerləşmişdir. Hər bir yarus isə liftə çıxışa malikdir. Qeyd etmək lazımdır ki, yaşayış kompleksi layihələşdirilən zaman əsas diqqət cavan ailələrə edilmişdir. Ona görə də, kompleksin daxili həyət quruluşunda uşaq və idman meydançalarının, həmçinin digər sosial infrastrukturun mövcudluğu nəzərə alınmışdır.

Yüksək keyfİyyətlİ Tİkİntİ materİalları

“Şəfəq” yaşayış kompleksinin inşası zamanı tikintinin həm daxili, həm də xarici hissəsində istifadə edilmiş tikinti materialları dövlət standartlarının tələblərinə tam cavab verir. Bu materiallar yalnız bazarda etibarlı ad qazanmış yoxlanılmış malgöndərənlərdən alınmışdır. Layihənin özü və tikinti isə bilavasitə ən yüksək zəlzələyədavamlılıq tələbləri nəzərə alınmaqla yerinə yetirilmişdir. Tikili layihə üzrə 8 bala qədər zəlzələyə davam gətirir.