Satış

«ŞƏFƏQ» YAŞAYIŞ KOMPLEKSİNDƏ MƏNZİL ALIŞI

Tikintinin yerinə yetirilməsi dərəcəsinə görə "Şəfəq" yaşayış kompleksi elit tikililər səviyyəsində durmağına baxmayaraq, “Şəfəq” şirkəti qiymət siyasətində özünün əlçatarlıq prinsipinə sadiq qalmışdır. Yəni, kompleksin öz-özlüyündə yüksək keyfiyyətli materiallardan istifadə edilməklə inşası, layihənin təhlükəsizlik səviyyəsi, kompleksin özündə və ətrafında olan inkişaf etmiş infrastrukturun mövcud olması – bu səviyyəli yaşayış yerinə şəhər üzrə olan qiymətlərdən əhəmiyyətli dərəcədə az olması ilə fərqlənir.

“Şəfəq” kompleksində müştərilərimizin seçiminə bir neçə variantda mənzillər təqdim edilmişdir. Bu seçim variantları alıcıların zövq və tələbatlarının və həmçinin, maliyyə imkanlarının müxtəlifliyi nəzərə alınaraq tərtib edilmişdir.

Beləliklə, müştəriləmizin seçiminə aşağıdakı mənzil layihəsi variantları təqdim edilir:

- Birotaqlı mənzillər: 2 layihə üzrə;

- İkiotaqlı mənzillər: 2 layihə üzrə;

- Üçotaqlı mənzillər: 5 layihə üzrə;

- Dördotaqlı mənzillər: 1 layihə üzrə.

Təklif edilən bütün mənzillər fərqli sahəyə və planlanmaya malikdirlər. Onlar alıcıların müxtəlif tələb və istəklərinə hesablanmışdır. Bizim kompleksdə mənzil əldə etmək arzusunda olan alıcılarımız üçün alış prosedurunu rahatlaşdırmağa və sadələşdirməyə çalışırıq. Bunun üçün tərəfimizdən müəyyən yardım proqramları həyata keçirilir.

Bu proqramlardan biri: "Satmadan al!" adlanır. Bu proqram, köhnə mənzillərini hələ satıb pul əldə etməmiş, lakin təzə mənzil üçün isə artıq beh vermək iqtidarında olan müştərilər üçün nəzərdə tutulmuşdur ki, bundan sonra onlar tələsmədən əvvəlki mənzillərini sata bilirlər.

“Şəfəq” şirkətinin təqdim etdiyi “2 ilə faizsiz kredit” (Möhlətli ödəmə) proqramı çərçivəsində müştərilərə ilkin behin ödənilməsi və sonra isə mənzilin dəyərinin yerdə qalan hissəsinin iki illiyə möhlətlə ödənilməsi hüququ verilir. Bu zaman, təqdim edilmiş bu xidmət üzrə hər hansı bir faizin hesablanması istisna edilir.

“Şəfəq” şirkəti yaşayış kompleksində mənzil alan müştərini həmin mənzillərin sahibliyini təsdiq edən sənədlərlə təmin edir. Belə ki, “Şəfəq” yaşayış kompleksində mənzil sahibi olan hər bir alıcı qeydiyyat reyestrindən Çıxarış (“kupça”) sənədi alır.

ALIŞA DOĞRU ADDIMLAR

  • Tanışlıq
  • Yerində seçim
  • Alış
  • Siz mənzil sahibisiniz
Siz “Şəfəq” yaşayış kompleksində təklif edilən mənzillərlə bu sayt vasitəsilə tanış olmaq mümkündür. Burada Siz almağını nəzərdə tutduğunuz mənzilin planlanması, faydalı və ümumi sahəsi, qiyməti, oradakı imkanlar barədə mükəmməl məlumat ala biləcəksiniz. Beləliklə, Sizi maraqlandıran mənzillə tam tanış olub öz büdcənizin buna uyğunluğunu müəyyən edəndən sonra, bilavasitə “Şəfəq” kompleksində mənzil seçirsiniz.
Bəyəndiyiniz, ürəyinizə və büdcənizə uyğun mənzili müəyyən edəndən sonra Siz “Şəfəq” yaşayış kompleksinin özünə gəlib artıq yerində seçdiyiniz mənzili nəzərdən keçirə bilərsiniz. Və yaxud da ki, Sizə təklif edilə bilən eynitipli, lakin fərqli planlamaya malik olan başqa mənzildə seçiminizi saxlaya bilərsiniz. Beləliklə, ödəniş imkanları barədə mükəmməl məlumat aldıqdan sonra Siz bilavasitə mənzilin alışına başlayırsınız.
Bizdən mənzil almaq üçün Sizin qarşınızda heç də öz köhnə mənzilinizin əvvəlcədən təcili satılması zərurəti yoxdur. Çünki, artıq Siz "Satmadan al!" proqramının təsiri altına düşürsünüz. Beləliklə, Siz sahəsini, otaqların sayını, mərtəbəsini, pəncərələrindən açılan mənzərələri nəzərə alıb özünüz üçün yeni mənzil seçirsiniz. Bundan sonra mənzilin behini verirsiniz. Daha sonra isə tələsmədən, aramla özünüzün köhnə mənzilinizi satırsınız. Yeni mənzilinizin dəyərinin behdən sonra qalan qalığını da yalnız bundan sonra ödəyirsiniz.
Mənzillərin alışı-satışı prosesi zamanı ən tez-tez rastlaşan problem – mənzilə mülkiyyət hüququ verən sənədin (“kupçinin”) olması məsələsi – bizdə öz müsbət həllini tapmışdır. Əksər tikinti şirkətlərindən fərqli olaraq, “Şəfəq” şirkəti, mənzil alışı zamanı bu mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təminatı öz üzərinə götürmüşdür. Bununla, “Şəfəq” yaşayış kompleksində mənzil alan alıcı qeydiyyat reyestrindən Çıxarış (“kupçi”) da əldə etmiş olur.

MARAQLI FAKTLAR

0

MƏNZİLLƏRİN ÜMUMİ SAYI

0

İCARƏYƏ VERİLƏN SAHƏLƏR

0

QARAJDA OLAN DURACAQ YERLƏRİNİN SAYI

0

HƏYƏT MƏKANININ SAHƏSİ