"Şəfəq" yaşayış kompleksinin normal fəaliyyət göstərməsi üçün tikilinin müəyən sahələri kommersiya təyinatlı yerlər kimi layihələndirilmişdir. Belə ki, burada kimyəvi təmizləmə, bərbərxana, cəmaşirxana və s. bu kimi məişət təyinatlı obyektlərin yerləşdirilməsi nəzərdə tutulur. Bütün bu obyektlər yaxşı işıqlandırılmış və iki çıxışa malikdirlər. Fasadı isə aqlayla üzlənmişdir.
"Şəfəq" kompleksi – iri yaşayış massividir. Bütün böyük kompakt yaşayış məkanları kimi bu massivin də hansısa ticarət infrastrukturunun mövcudluğuna ehtiyacı vardır. Bu səbəbdən də, kompleksdə yerləşən kommersiya təyinatlı obyektlər sırasında mağazalar və marketlər də vardır. Bu cür obyektlər üçün həm əsas, həm də alternativ giriş-çıxış qapıları nəzərdə tutulmuşdur. Onlar həm də anbar sahələri ilə də təmin edilmişlər. Obyektlərdə çox yüksək tavanların olması, eyni bir məkanın içərisində ikinci mərtəbənin də quraşdırılmasını mümkün edir ki, bununla da icarə haqqında qənaət etmək imkanları yaranır.
"Şəfəq" yaşayış kompleksindəki obyektlərin bir qismi ofislər üçün icarəyə verilir. Belə yerlərdə uşaq məktəbəqədər müəssisələri və tədris mərkəzləri, internet-kafelər, müxtəlif ofislər yerləşə bilərlər. Bunun üçün nəzərdə tutulmuş bütün yerlərdə yaxşı təbii işıqlandırma vardır. Bu, böyük vitrin pəncərələrin olması səbəbindən baş verir. Ofis yerlərinin fasadı da üzlüklə işlənmişdir. Həmçinin, yüksək tavanlar da burada ikinci mərtəbənin də quraşdırılmasını mümkün edir.
"Şəfəq" yaşayış kompleksinin şəhərin ekoloji cəhətcə təmiz yerində yerləşməsi, digər yerlərə nisbətən havalı məkanın olması, idmanın inkişafına hansısa töhfə verməyə təşviq edir. Elə bu səbəblərdən kommersiya obyektlərinin bir hissəsini də idman seksiyaları, klublar, fitnes-mərkəzlərə icarəyə verilməsi planlaşdırılmışdır. Əlavə olaraq, bütün bunlar kompleksin özünə də hansısa mənada bir cəlbedicilik verir.